19 Sentyabr 2024 05:58

Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərar ilə  yenidən  sədrliyimiz daha bir il uzadıldı.

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlərin görüşü keçirilib. Dövlətimizin başçısı görüşdə çıxış edib.

Regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu, onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarmaqdadır.Artıq dünya dövlətləri Azərbaycanı etibarlı,mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.Artıq bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda sadəcə üzv dövlət kimi təmsil olunmur,eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edən əsas aktorlardan biridir. Bu mənada dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu mərhələsini yaşadı və bu gün hər kəs Bakının nə qədər önəmli bir işin öhdəsindən gəldiyini dilə gətirməkdən çəkinmir.Buna misal olaraq növbəti dəfə Bakıda təşkil edilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlərin görüşü bir sıra məqamlarla əhəmiyyət kəsb edir.

Bu baxımdan cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü mühüm mesajların ,çağırışların səsləndiyi növbəti əhəmiyyətli tədbir oldu.

Milli maraqlara söykənən xairici siyasət kursu nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır.Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir,təşkilatlar daxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada ölkəmizin hazırda sədr olduğu Qoşulmama Hərəkatına üzv dövlətləri ilə münasibətləri yüksək səviyyədədir.Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı bu beynəlxalq platforma çərçivəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladı.

2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv seçildikdən sonra ölkəmiz təşkilatın işində daim fəal iştirak edir, məhz bu fəallığın nəticəsidir ki, Azərbaycan Respublikası 2019-cu ilin 25-26 oktyabr tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi edib. BMT-nin 120 üzv dövlətinin yüksək səviyyəli nümayəndələrinin, o cümlədən 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Hərakata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. Və şübhəsiz ki, Azərbaycanın 3 il müddətinə təşkilata sədr seçilməsi uğurlu diplomatiyamızın qələbəsidir. Daha sonra ölkəmizin təşkilata sədrliyi 1 il də uzadılıb. Eyni zamanda dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü Azərbaycanın Hərəkatdakı önəmini bir daha sərgiləmiş oldu. Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın Hərəkata sədrliyi dönəmində ölkəmizin mövqeyi və rolu haqqında ətraflı məlumat verdi.

Qeyd edək ki, Azərbaycanın sədrliyinin koronavirus (Covid-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı.Əlbəttə ki, bu prosesdə Azərbaycan dövlətinin və prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi mühüm rol oynadı. Pandemiyanın misli görülməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü,qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.

Məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi.Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı mübarizə xüsusi rol oynadı və bir daha beynəlxalq ictimaiyyət ölkəmizin, xalqımızın millətçiliyn hər cür təzahürünə qarşı olduğunu, humanist mövqedən çıxış etdiyinin şahidi oldu.

Qoşulmama Hərəkatının yenidən formalaşan dünya nizamında öz yerini tapmalı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirdi ki, “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, habelə suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı çıxışında Azərbaycanın neokolonializm meyllərinin artmasından da narahat olduğunu bildirib. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Cənab prezidentin dediyi kimi neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır,bu utancverici və iyrənc hərəkətdir. Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır,erməni separatizmini dəstəkləyən başlıca qüvvədir.

Prezident İlham Əliyev çıxışında regionumuzda vəziyyət barədə fikirlərini ifadə edib: “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq ,Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölməsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir”-deyən dövlətimizin başçısının vurğuladığı kimi rəsmi İrəvan üzərinə düşən heç bir öhdəliyi yerinə yetirmir, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur. Bütün bunlar isə regionumuzda sülh və təhlükəsizliyin təmin olunmasının qarşısını alır.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının rəhbəri kimi bu qurumun məram və prinsipləri baxımından dünyada vüsət alan islamofobiya və ksenofobiya hallarından,eləcə də, ümümbəşəri dəyər olan islam dininin məqsədli şəkildə terrorla və digər qeyri-insani rəftarla eyniləşdirilməsi kimi uğursuz cəhdlərdən də narahatlığını ifadə etdi, bu meyilləri qətiyyətlə pislədi. Prezident Danimarka, Niderland və İsveçdə müqəddəs Quranın yandırılmasını, təhqir olunmasını və buna ifadə azadlığı adı altında bəraət verilməsinin qəbuledilməz olduğunu bildirdi.

Azərbaycan lideri qətiyyətlə bəyan etdiyi və dünya ictimaiyyətini dərindən narahat edən qlobal problemləri yenidən gündəmə gətirməklə, əsl həqiqətlərə növbəti dəfə diqqətə çatdırdı.

 

Azadsöz.az

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com