Azadsöz.az xəbər verir ki, 6 iyul 2023-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Qarabaqqal kəndində səyyar qəbul keçirdi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri çıxış edərək Qarabaqqal kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, görülən və həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.İcra başçısı bildirib ki, kəndlərdə mövcud olan bələdiyyələr büdcə vəsaitlərini vaxtlı-vaxtında yığılmasını və yığılan vəsaitin məqsədyönlü şəkildə xərclənməsini təmin etməlidir. Rayon mərkəzinə yaxın olan Potu, Qarabaqqal, Ərəbcəbirli və Kürd kəndlərinin şəhərə birləşdirilməsi üçün qanunvericiliyə uyğun olaraq işlərin görülməsinə başlandığını diqqətə çatdırıb.
Daha sonra Qarabaqqal kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamil Qasımov çıxış edərək Qarabaqqal kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.
Qəbulda kənd sakinləri elektrik xətlərində yaranan problemlərin aradan qaldırılması, işsizlik, torpaq və digər məsələlərlə bağlı rəy və təkliflərini veriblər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
Səbuhi Eltonlu
Gülşən Muradova