27 İyul 2024 06:37

Mədəniyyət Nazirliyindən YENİ TƏYİNATLAR

Azadsöz.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin bəzi yeni regional idarələrinə təyin olunan rəislərin adları məlum olub.

Belə  ki, Şahin Yusif oğlu Şahbazov Şirvan-Salyan, Nurəddin Səftər oğlu Mehdiyev Qazax-Tovuz, Bəxtiyar Vaqif oğlu Qılıncov isə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə, Fərid Vidadi oğlu Qurbanzadə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə, Rəşad Rahib oğlu Əliyev – Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə, Ramil Toğrul oğlu Rəhimov Quba-Xaçmaz Regional İdarəsinə, Səxavət Fazil oğlu Məmmədov Dağlıq Şirvan Regional İdarəsinə, Aydın Bəşir oğlu Bəşirov Mərkəzi Aran Regional İdarəsinə rəis təyin olunublar.