Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik İdarəsinin təmizlik işçiləri qrafiqə uyğun olaraq növbəti təmizlik işlərini rayonun Heydər Əliyev prospektində və Atatürk küçəsində aparıb.
Qeyd olunan prospekt və küçədə toplanan qurumuş xəzəl yarpaqları təmizlik işçiləri tərəfindən təmizlik maşınına yığılaraq ərazidən daşınıb, sözügedən ünvanlar süpürülərək səliqəyə salınıb.
Bildirək ki, Sanitar-Təmizlik İdarəsi rayonun prospekt və küçələrində səliqə-sahman işlərini gündəlik olaraq aparır.
Xüsusi müxbir: Gülşən Muradova
Müxbir:Zəka Nağıyev