Azadsöz.az xəbər verir ki, 01 iyul 2023-cü il tarixdə saat saat 8:00 da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional idarəsinin əməkdaşlarının iştirakı ilə Göyçay çayının sahilində təmizlik aksiyası keçiriləcək.
Məqsəd rayonda ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.
Xüsusi müxbir:Gülşən Muradova
Müxbir: Zəka Nağıyev