23 Noyabr 2024 21:36

Göyçayda bərələrə qənim kəsilən bəzi məsuliyyətsiz sakinlərimiz BİABIRÇILIQ:FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, dəfələrlə  media   və  sosial  şəbəkələr  vasitəsilə   rayonun  təmizliyi ilə  bağlı  çağırışlar  etməyimizə baxmayaraq   yenə də  bəzi  məsuliyyətsiz  sakinlərimiz  çirkin işlərindən  əl  çəkmirlər  ki,  çəkmirlər.Sanki  rayonu  məişət tullantıları ilə  çirkləndirməkdən  zövq  alırlar.Bəlkə də etdikləri bu  hərəkətlər  onlar  üçün bir hobbidir.Amma  unutmasınlar  ki,  rayon  üçün  qınaq hədəfi  olurlar.

Ötən  gün  gecə  saatlarında Göyçay  rayon Sanitar-Təmizlik  İdarəsinin  təmizlik  işçiləri  rayon  ərazisində  təmizlik  işləri  aparan  zaman rayonun M.Ə.Rəsulzadə küçəsində xoşagəlməz mənzərə ilə  qarşılaşıblar.

Belə  ki, sözügedən  küçədən  keçən  bərəyə  vətəndaşlarımız  içdikləri   suların   şüşə, plastik   butulkalarını  atmaqla  bərənin  axının tutulmasına  şərait  yaradıblar. Təmizlik  işçiləri tərəfindən  qeyd olunan  bərə  təmizlənərək  qaydaya  salınıbdır.

Hörmətli   rayonun  təmizliyinə  mane  olan   qoçaq  sakinlərimiz eşidin, bilin  və  həmişəlik  yaddaşınıza  həkk  edin ki,  prospekt  və  küçələrə   məişət tullantılarının yığılması üçün  qoyulan   konteynerlər  bəzəyə  yox,  məişət  tullantılarının  yığılması üçün qoyulub.Bunu  başa  düşməmək  ən  azından  cahillikdir.

 

 

Müxbir:Zəka  Nağıyev

Xüsusi  müxbir: Gülşən  Muradova

Ankara escort İstanbul Travesti Shemale İstanbul