19 Sentyabr 2024 04:57

Natiq Ağayev heyvanların satışı və kəsimi məntəqələrindəki şəraitlə tanış olub-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun Aqrar İnkişaf Mərkəzinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birlikdə rayon ərazisində “Qurban bayramı” günlərində kəsiləcək heyvanların satışı və kəsimi məntəqələrinə baxış keçirib, mövcud şəraitlə tanış olub.

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elçin İsmayılov rayon rəhbərinə məlumat verərək Qurban bayramı günlərində heyvan satılan yerlərdə və kəsim məntəqəsində baytarlıq-sanitariya və sanitariya-gigiyena tədbirləri görüldüyünü, heyvanların kəsilməsində iştirak edən şəxslər isə müvafiq tibbi müayinədən keçdikdən sonra fəaliyyətə buraxılması və digər tələblərə əməl olunduğunu bildirib.

Sakinlərimizin nəzərinə çatdırmaq istərdik ki, bayram günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə rayon ərazisində kəsim üçün rayonun Çayarxı kəndində, satış xidməti üçün isə rayonunun Qarabaqqal kəndində mövcud olan “Mal-qara satış bazarı”nın olduğu ərazilər müəyyən edilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com