29 Noyabr 2024 16:51

Göyçay rayonunun kəndlər üzrə HƏFTƏLİK İCMALI (FOTO)

“Azadsöz.az” 19.06.2023-cü il tarixindən 24.06.2023-cü il tarixinə kimi  Göyçay  rayonunun  bu  kəndlər  üzrə  görülən  işlərin  həftəlik  icmalını  təqdim edir:

Azadsöz.az xəbər verir ki, 20 iyun 2023-cü il tarixdə rayon İcra Hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində fəaliyyət göstərən tibb məntəqəsinin ətrafı abadlaşdırılmış, Bığır kənd Şəhidlər Xiyabanında mövcud olan yaşıllıqlar suvarılaraq aqrotexniki qulluq edilmiş və yol kənarlarına vətəndaşlar tərəfindən atılan tullantılar təmizlənərək səliqə-səhman işləri aparılıb.

 

 

***
Azadsöz.az xəbər verir ki,  iyun ayının 19-da və 20-də rayon İcra Hakimiyyəti başçısının Mırtı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kənd ərazisindən keçən təbii qaz xəttlərinin üzəri kol-kosdan və alaq otlarından təmirlənərək qaydaya salınıb.

***

Azadsöz.az xəbər verir ki, 21 iyun 2023-cü il tarixdə rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaraməryəm və Yalman kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin təşkilatçılığı ilə kəndlərin daxili yollarının kənalarında təmizlik işləri aparılmış, səliqə-səhman yaradılaraq ərazi kol-kosdan, alaq otlarından, tullantılardan təmizlənmiş və mövcud yaşıllıqlar suvarılaraq aqroxtexniki qulluq edilmişdir.

***

Azadsöz.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı İnçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kəndin bəzi məhəllələrini içməli su ilə təmin edən boruda yaranmış sızmalar kənd sakinlərin dəstəyi ilə təmin edilərək suyun verilişi bərpa edilmişdir.

Azadsöz.az xəbər verir ki, iyunun 22də rayonun Kürdşaban, Şəhadət, Potu, Ləkçılpaq, Bığır və digər kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsinin texnikası vasitəsilə suvarma arxları lil və çöküntülərdən, kol-kosdan təmizlənərək suyun ötürücülük qabiliyyəti artırılıb.

Suvarma arxlarının qazılması işləri gündəlik tərtib edilmiş qrafikə uyğun olaraq həyata keçirilir. Görülən işlər nəticəsində arxların ötürücülük qabiliyyəti artırılır, su itkisinin qarşısı alınır.

 

 

   
Ankara escort İstanbul Travesti Shemale İstanbul