“Azadsöz.az” 12.06.2023-cü il tarixindən 17.06.2023-cü il tarixinə kimi Göyçay rayonunun bu kəndlər üzrə görülən işlərin həftəlik icmalını təqdim edir:
Azadsöz.az xəbər verir ki, 17 iyun 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının Potu və İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən Göyçay-Ucar avtomobil yolunun Potu və Kürd kəndlərinin ərazisindən keçən hissəsində yol kənarları tikinti materialları tullantılarından, alaq otlarından təmizlənərək səliqə-səhman yaradılıbdır.
Həmçinin İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 saylı Yolların Yaşıllaşması MMC-nin təşkilatçılığı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ərəbcəbirli və Mirzəhüseynli kəndlərinin ərazisindən keçən hissəsində kol-kosdan, alaq otlarından və məişət tullantılarından təmizlənibdir.
Azadsöz.az xəbər verir ki, 17 iyun 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Ulaşlı Şıxlı kəndində vətəndaşların müraciəti əsasında pay torpaq sahələrinə gedən yol qreyderlə hamarlanaraq qaydaya salınıb.
Bununla yanaşı Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən görülən işlər çərçivəsində Göyçay rayonunun Potu kənd sakini İsmayılov İsmayıl pay torpaq sahəsinin suvarılmasında yaranmış çətinlik barədə rayon icra hakimiyyəti başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və kənd bələdiyyəsinə etdiyi müraciət müsbət həllini tapıb.Müraciətinə əsasən rayon Suvarma Sistemləri İdarəsinin texnikası vasitəsilə 200 metr məsafədə vətəndaşın pay torpaq sahəsinə gedən suvarma arxı qazılaraq lil və çöküntülərdən təmizlənmə işləri aparılmış, suyun ötürücülük qabiliyyəti artırılıbdır.
Azadsöz.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının Yalman və Çaxırlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin təşkilatçılığı və kənd bələdiyyəsinin, vətəndaşların dəstəyi ilə kəndlərin ərazisində mövcud olan qəbiristanlıqlarda növbəti iməclik keçirilib.
İməclik zamanı qəbiristanlıqların ərazisində təmizlik işləri aparılmış, səliqə-səhman yaradılaraq ərazi kol-kosdan, alaq otlarından təmizlənmiş və mövcud yaşıllıqlar suvarılaraq aqroxtexniki qulluq edilibdir.