Azadsöz.az xəbər verir ki, Tanrıverdi Mustafayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinə işə qəbul olunub.
Penitensiar Xidmətin mətbuat katibi vəzifəsi də müvəqqəti olaraq Tanrıverdi Mustafayevə həvalə olunub.
Xatırladaq ki, Tanrıverdi Mustafayev bu təyinatadək “Azərişıq” ASC-də çalışıb.
Onu da qeyd edək ki, Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov bir müddət əvvəl dünyasını dəyişib. (Unikal)