Bu barədə qurum məlumat yayıb.
Bildirilir ki, bununla əlaqədar müştəri informasiya sisteminə bağlı aşağıda qeyd olunan sistemlərin fəaliyyəti prossesin davam edəcəyi müddətdə müvəqqəti dayandırılacaq.
Dövlət qurumları ilə bağlı veb servislər
APUS ödəniş sistemləri
Asanpay Ödəniş sistemi
Bütün operatorlardan sorğuları qəbul edən hesaba ödəniş sistemləri
Smart kart ödəniş sistemləri
Elektron xidmətlər
Smart proqramlar
MİS-lə inteqrasiyada işləyən CİS proqramları
Məlumat hesabat proqramları (Dashboard-lar)
İVR borc öyrən xidməti
Mobil oxumalar
MİS-in bütün modulları
Zəng mərkəzinin MİS qeydiyyat imkanları
Digər daxili proqramlar
Profilaktiki tədbirlərlə əlaqədar qeyd olunan müddətdə smart-kartlara yükləmə əməliyyatlarının aparılması, su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların ödənilməsi mümkün olmayacaq. Bunları nəzərə alaraq abonentlər ehtiyat tədbirləri görməli, zərurət varsa balanslarını gün ərzində artırmalıdır. Borcların öyrənilməsi və ödənilməsi, elektron xidmətlər və s. əməliyyatların profilaktiki işlər yekunlaşdıqdan sonra aparılması mümkün olacaq. Qeyd olunan müddətdə 955 Zəng mərkəzinin fəaliyyətində də müəyyən məhdudiyyətlər yaranacaq.
Abonentlərdən məsələyə anlayışla yanaşmağı xahiş edirik.