Azadsöz.az xəbər verir ki, 2022-2023-cü tədris ilində Göyçay rayonu üzrə ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri təntənəli qeyd olunub.
Rayonun 1 və 6 saylı tam orta məktəblərində, həmçinin Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada keçirilən “Son zəng” tədbirində rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon sektoru Rauf Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycanın Dövlət bayrağını məzun səhnəyə gətirərək, 10-cu sinfin şagirdinə təqdim edib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova məzunları təbrik edib və onlara uğurlar arzulayıb!.
Əziz məzunlar !
Sizin hər birinizi “Son zəng” münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək həyat yollarınızda böyük uğurlar arzulayırıq. Siz doğma ölkəmizin tərəqqisinə öz töhfənizi verməli, vətənimizə layiqli övladlar olmalısınız!.Bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətləri, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan uğurlu siyasətdən xəbər verir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərin əldə olunması üçün döyüşərək şəhid olan, qazi olan igid övladlarımız da orta məktəblərdə təlim-tərbiyə almış, vətənpərvər ruhda yetişmişlər. Sizdə vətənimizi, xalqımızı sevməli, dövlətimizə şərəflə xidmət etməlisiniz. Müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb.
Qeyd edək ki, 2022-2023-cü il tədris ilində Göyçay rayonunun ümumtəhsil məktəbləri üzrə 2608 şagird məzun olub.Bu il Göyçayda 1559 nəfər 9-cu sinifi və 1049 nəfər isə 11-ci sinifi bitirir.