Azadsöz.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən seçildikdən sonra ilk xarici səfərlərini ənənəvi şəkildə davam etdirəcək.
Ərdoğanın ilk xarici səfəri iyun ayının 12-də Şimali Kıbrıs Türkiyə Cümhuriyyətinə (KKTC) olacaq.
Daha sonra o, 13 iyunda Azərbaycana səfər edəcək. O, səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.