08 Sentyabr 2024 06:18

Konfrans Liqasının qalibi müəyyənləşir

Azadsöz.az xəbər verir ki, bu gün Konfrans Liqasında 2022/2023 mövsümünün final oyunu keçiriləcək.

Həlledici matçda İtaliya “Fiorentina”sı İngiltərə “Vest Hem”i ilə üz-üzə gələcək. Görüş Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Qeyd edək ki, ilk dəfə ötən mövsüm keçiriləm Konfrans Liqasının 1-ci qalibi İtaliya “Roma”sı olub.

Konfrans Liqası, final

7 iyun

23:00. “Fiorentina” (İtaliya) – “Vest Hem” (İngiltərə)

Baş hakim: Karlos Del Serro (İspaniya)

Praqa, “Eden Arena”