Azadsöz.az xəbər verir ki, dünən gecə 19:00 radələrində baş vermiş təbii fəlakət – güclü külək və yağış Göyçay rayonunda bir sıra fəsadlar törədib.
Əsən güclü külək və yağış nəticəsində Natavan küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının 1260 kvadratmetr dam örtüyü dağılmışdır.Bununla yanaşı şəhərin bir çox küçələrində, eləcə də kəndlərdə güclü külək yol kənarlarındakı ağacları, vətəndaşlara məxsus tikililərin dam örtüyünü, istixanaları aşırmış, yağan yağış daşaraq küçələri, fərdi yaşayış evlərini, həyətyanı sahələri basmış, elektrik enerjisinin və təbii qazın verilişində fasilələr yaranmışdır.
Baş vermiş hadisənin operativ şəkildə aradan qaldırılması ilə əlaqədar Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə aidiyyəti təşkilatlar tərəfindən zəruri tədbirlər həyata keçirilir, qırılan ağaclar təmizlənərək yol kənarlarından daşınır, elektrik verilişində yaranan nasazlıqlar aradan qaldırılır.