Azadsöz.az xəbər verir ki, Əməkdar artist Elxan Qasımov vəfat edib.
Bu barədə E. Qasımovun yaxınları məlumat yayıb.
Qeyd edək ki, bir müddət öncə əməkdar artist özəl xəstəxanaların birinə yerləşdirilmişdi.
E. Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdü.