05 May 2024 06:54

Fərqliliyimiz Uğurumuzdur

Bu gündən Bakıda taekvondo üzrə dünya çempionatı başlayır

Azadsöz.az xəbər verir ki, bu gün Bakıda taekvondo üzrə 26-cı dünya çempionatı start götürəcək.

İyunun 4-dək davam edəcək mundialda 145 ölkədən 949 idmançı qüvvəsini sınayacaq.

Bu taekvondoçular yarışda 16 dəst medal uğrunda mübarizə aparacaqlar. “Öz gücünü alovlandır” şüarı altında təşkil olunacaq mundial Dünya Taekvondosunun 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək. Yarışda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq ölkəmizə gəlib. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə florya escort edəcək.

Çempionatda Azərbaycanı Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.

Qeyd edək ki, dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.