19 Sentyabr 2024 06:10

Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti olub

Azadsöz.az xəbər verir ki, Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının açılması davam edərkən Prezident Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən lider Azərbaycan Prezidenti İlham Əliyev olub.

Bu barədə  Türkiyə mediası  məlumat  yayıb.

 Türkiyə mediası prezident İ. Əliyevin təbrikini “Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” başlığı ilə yayımlayıb

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

İ. Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə inamı kimi qiymətləndirib və onun rəhbərliyi ilə Türkiyənin hərtərəfli inkişafının növbəti illərdə də davam edəcəyinə əmin olduğunu bildirib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com