03 May 2024 08:56

Fərqliliyimiz Uğurumuzdur

İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub

Azadsöz.az  xəbər  verir  ki, Litvada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi keçirilib.

Prezident Sarayının həyətində fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Litvanın Prezidenti Gitanas Nauseda və Litvanın birinci xanımı Diana Nauseda qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Litvanın Dövlət himnləri səsləndirildi.

Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Litva nümayəndə heyəti Azərbaycan Prezidentinə və birinci xanım Mehriban Əliyevaya, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Litva Prezidentinə və xanımı bursa escort Diana Nausedieneyə təqdim olundu.

Sonra birgə foto çəkdirildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xatirə kitabını imzaladılar.