04 May 2024 22:49

Fərqliliyimiz Uğurumuzdur

“BUTAYA” kələm gülü əkildi-FOTO

Xəbər  verdiyimiz  kimi  Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsində yaradılan  istixanada  mövsümə uyğun olaraq  yetişdirilən  çiçəklər  və  dekorativ güllər mərhələli  şəkildə rayonda ayrılmış yerlərə  əkilməsi  davam  edir.

Azadsöz.az xəbər verir ki, 22 may  2023-cü il  tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir İdarəsinin  işçi  kollektivi  Göyçay Əli Kərim Parkına  cəlb  olunub.

Parkın giriş  hissəsində hazırlanmış  milli ornametimiz olan  Butanın daxilinə  kələm  gülü  əkilib.Bununla  yanaşı  görülən işlər  çərçivəsində  əkilən şam ağaclarına, yeni əkilən  ağaclara və  güllərə aqrotexniki qulluq göstərilib, suvarılıb.