Azadsöz.az xəbər verir ki, hal-hazırda Göyçayda təmizlik işləri aparan Göyçay rayon Sanitar-Təmizlik İdarəsinin işçi heyyəti rayonun Heydər Əliyev prospektində və Rəsul Rza küçəsində xoşagəlməz mənzərə ilə rastlaşıblar.
Dəfələrlə media və sosial şəbəkələr vasitəsilə rayonun təmizliyi ilə bağlı çağırışlar etməyimizə baxmayaraq yenə də bəzi məsuliyyətsiz sakinlərimiz öz bildiklərini etməkdə davam edirlər.
Belə ki, sözügedən prospekt və küçədən keçən bərələrə vətəndaşlarımız içdikləri suların şüşə, plastik butulkalarını və məişət tullantılarını atmaqla bərələrin axının tutulmasına şərait yaradıblar.Nəticədə də bərələrin suyu daşaraq ətrafa yayılıb.
Təmizlik işçiləri tərəfindən qeyd olunan bərələr təmizlənərək qaydaya salınıb, suyun axını tənzimlənib.
Xatırladaq ki, rayonun təmizliyinə mane olan həmin qoçaq sakinlərimiz unutmasınlar ki, prospekt və küçələrə məişət tullantılarının yığılması üçün qoyulan konteynerlər bəzəyə yox, məişət tullantılarının yığılması üçün qoyulub.