Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik İdarəsinin təmizlik işçiləri növbəti təmizlik işlərini rayonun Rəsul.Rza, Mikayıl Müşfiq küçəsində aparıblar.
Qeyd olunan küçələr yolboyu və küçələrdə mövcud olan bərələr plastik qablardan, polietilen torbalardan, qurumuş xəzəl yarpaqlarından təmizlənib və həmin ərazilər süpürülərək səliqəyə salınıb.
Bütün bu görülən işlərə baxmayaraq bəzi rayon sakinləri məsuliyyətsizlik edərək məişət tullantılarını konteynerlərə atmayaraq, istədikləri yerlərə atmaqla rayonun təmizliyinə xələl gətirirlər.
Qeyd edək ki, qurumun təmizlik işçiləri tərəfindən rayonun prospekt və küçələrində təmizlik işləri gündəlik olaraq aparılır.