18 May 2024 18:39

Avroliqada həftənin ən yaxşı oyunçusu seçildi

Azadsöz.az xəbər verir ki, Avropa Liqasında həftənin ən yaxşı futbolçusu “Sevilya”nın oyunçusu Erik Lamela olub.

O, azarkeşlər arasında keçirilən sorğuda komanda yoldaşı İvan Rakitiç, “Roma”dan Nemanya Matiç, “Bayer”dən (Leverkuzen) Florian Virtsi qabaqlayıb

Qeyd edək ki, Lamela “Yuventus”a qalib gəldikləri yarımfinalın cavab matçında (2:1) 1 qol vurub, 1 qol ötürməsi edib.