19 Sentyabr 2024 05:46

“Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda elmi sessiya keçirilib-FOTO

Azadsöz.az xəbər verir  verir  ki, 19 may 2023-cü il tarixdə Yeni Azərbaycan partiyası Göyçay rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda elmi sessiya keçirildi.

Tədbirdə iştirakçıları Yeni Azərbaycan partiyası Göyçay rayon təşkilatının inzibati binasının foyesində Ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və rayon ziyalıları tədbirdə iştirak ediblər.

Elmi sessiyanı giriş sözü ilə açan Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova qeyd edib ki, Ümummilli liderimizin yüksək idarəçilik təcrübəsinin nəticəsidir ki, Heydər Əliyev bütün sahələrin inkişafına böyük diqqət yetirirdi. Azərbaycanda folklor nümunələrinin qorunub saxlanılması, araşdırılması, qorunması, mövcud problemlərin həlli ilə bağlı imzalanmış “Azərbaycan folklor nümunələrinin hüquqi qorunması haqqında” sərəncamı Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan folklor sahəsinə göstərilən böyük diqqətin nümunəsidir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov “Heydər Əliyev və Azərbaycan dövlətçiliyinin mənəvi əsasları”, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov “Azərbaycan dövlət simvollarındakı astral işarələrin folklor semantikası”, “Göyçay” qəzetinin baş redaktoru, Respublikanın Əməkdar müəllimi Adil Məmmədov “Folklorşünaslığımıza yeni töhfə”, filologiya üzrə fəlsəfə doktoru Əkbər Əliyev “Göyçay folkloru: problemlər və perspektivlər” və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli “Müstəqilliyimizin bərpasından sonrakı dönəmdə Azərbaycan folklorunun toplanması və nəşri məsələləri” mövzusunda məruzələr dinlənilib.

“Heydər Əliyev ili”ndə “Göyçay folklor örnəkləri” kitabının işıq üzü görməsini və göyçaylılara təqdim edilməsini tədbir iştirakçıları ən böyük tövhə kimi qəbul etmiş, kitabın hazırlanmasında əziyyəti olan hər kəsə dərin minnətdarlıqlarını bildiriblər.


 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com