08 Sentyabr 2024 03:55

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Azadsöz.az xəbər verir ki, Azərbaycanlı hakim Elçin Məsiyev U-17 Avropa çempionatının final mərhələsinin oyununa təyinat alıb.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

FİFA referisi mayın 17-də Şotlandiya – Fransa görüşündə referi olacaq Ona yan xətt hakimləri qismində Elşad Abdullayev və yunanıstanlı hakim Konstandinos Psarris kömək edəcəklər.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may – 2 iyun tarixlərində Macarıstanda keçiriləcək.