“Azadsöz.az” “Sabah” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin İzmir şəhərindəki çay evində silahlı insident baş verib.
Menderes bölgəsində baş verən hadisə zamanı 5 nəfər ölüb.
Borc pul məsələsinə görə baş verən insident nəticəsində daha 2 nəfər isə yaralanıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib. İnsidentlə bağlı araşdırma aparılır.