28 Noyabr 2024 11:47

Heydər Əliyevin 100 illiyi ilə bağlı DAİM-də təmizlik-abadlıq işləri aparılıb-FOTOLAR

Azadsöz.az xəbər verir ki, ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə  əlaqədar  Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri  Elçin İsmayılov  tərəfindən  Mərkəzin  həyətində  təmizlik-abadlıq   işləri  aparılıb.

Mərkəzin  yaşıllıq hissəsi  alaq otlarından təmizlənib, əkilən  şam  və  müxtəlif  növ  ağacların   gövdələri  əhənglənib, dibləri  bellənib, gül-çiçək kolları əkilib, mövcud olan  yaşıllıqlara və ağaclara aqrotexniki qulluq göstərilib.Görülən  işlər  çərçivəsində  Mərkəzin  həyətində  yol-cizgi və yolgöstərici xətlərinin  çəkilməsi işləri aparılıb.

Qeyd  edək  ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar respubikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da  silsilə tədbirlər və abadlıq-quruculuq  işləri  geniş  vüsət alıb.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul