20 Sentyabr 2024 03:54

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kitab bayramı keçirildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 08.05.2023 cü il tarixində Göyçay rayon MKS nin Mərkəzi kitabxanasının qarşısında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kitab Bayramı keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin müavini Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Rafiq İsgəndərov və bir qrup əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, MİHİ nin Göyçay rayon təşkilatının sədri Nəriman Məlikov, rayon ziyalısı Adil Məmməd, fəlsəfə elmləri doktoru Pərviz Yəhyalı, Tarix- Diyarşünaslıq muzeyinin direktoru Gülçin Babayeva, R.Rza ev muzeyinin direktoru Solmaz Həsənova, 44 günlük vətən müharibəsi iştirakçıları İlkin Məmmədov və Əfsun Salahov, fəal oxucularımız İbrahim İbrahimli , Mirağa Fəttahov və rayon sakinləri iştirak ediblər.

Tədbir Dövlət Himni və H.Əliyevin sözləri ilə başlanıb. Sonra Ulu öndərin və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Sevinc Qafurova Ulu öndərin həyat və fəaliyyəti və kitabxanaya göstərdiyi qayğı və diqqətdən geniş məlumat verib. Tədbirdə iştirak edən qonaqlar öz növbəsində Ulu öndər Heydər Əliyev haqqında və tədbir haqqında öz fikirlərini bildiriblər.

Tədbirdə eyni zamanda 1 saylı orta məktəbinin, 2 saylı orta məktəbinin,Potu kənd orta məktəbinin, Ləkçıplaq kənd orta məktəbinin Məlikkənd kənd orta məktəbinin şagirdləri və Mehman Mütalib adına 4 saylı körpələr evi uşaq bağçasının körpə fidanları öz çıxışları ilə iştirak ediblər .

Sonra söz Kitabxananın direktor vəzifəsini müvəqqəti icra edən Zəfər Hacıyevə verilib. O tədbirin təşkilatçılarına və gələn qonaqlara öz təşəkkürünü bildirib. Sonda sərgiyə baxış keçirilib.


kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com