18 May 2024 23:12

Əfv Komissiyası 2 minə yaxın müraciətə baxıb

“Bu il Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib, iki minə yaxın müraciətə baxılıb”.

Azadsöz.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O bildirib ki, 9 ildir Əfv Komissiyasının üzvüdür: “Amma bu dərəcədə çox və bu qədər məhsuldar iclas keçirilməyib. Əfv sərəncamı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olacaq. Həmin sənədlər Prezidentə təqdim olunacaq”.