19 May 2024 09:06

Türkiyədə ömürlük həbs edilmiş general-leytenant əfv edildi

Azadsöz.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif cinayətlərdə təqsirli bilinən 4 nəfərin cəzasını əfv edib.

Bu barədə qərar “Resmi Gazete”də dərc olunub.

Qərarla 28 Fevral Məhkəməsi çərçivəsində ömürlük həbs cəzasına məhkum edilən keçmiş general-leytenant Çetin Saner və ağırlaşdırılmış ömürlük həbs cəzası alan Mehmet Emin Alpsoyun cəzaları qocalıqları səbəbi ilə ləğv edilib.

Qəsdən adam öldürmə ittihamı ilə həbsdə olan Nihat İlliman və Sedat Çelik isə əlil olduqları üçün prezident tərəfindən əfv ediliblər.