06 May 2024 17:08

Fərqliliyimiz Uğurumuzdur

Milli Məclisdə ilk dəfə dövlət qulluğuna qəbul ilə əlaqədar yazılı imtahan keçirilib-FOTO

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan islahatların davamı olaraq, bu il fevralın 4-də Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentdə ilk dəfə Milli Məclis Aparatının hüquqşünas ixtisası üzrə vakant dövlət qulluğu vəzifələrinə qəbul ilə əlaqədar müsabiqə elan edilib. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarətdir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin  məlumatında bildirilir ki, aprelin 29-da parlamentin inzibati binasında müsabiqənin birinci mərhələsi üzrə yazılı imtahan keçirilib. Üç qrup şəklində keçirilmiş imtahanda hüquqşünas ixtisası üzrə ali təhsilə malik olan və sənədlərini bu il martın 3-dək müvafiq qaydada təqdim etmiş 364 namizəd iştirak edib.

Yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliliyi yoxlanılacaq.

İmtahanın nəticələri və müsabiqənin növbəti mərhələsi barədə əlavə məlumat veriləcək.

Bir 1 kişi görseli olabilir

Bir 1 kişi, ders çalışıyor ve yazı görseli olabilir

Bir 4 kişi, ders çalışan insanlar ve yazı görseli olabilir

Bir 14 kişi, aydınlatma ve masa görseli olabilir