Azadsöz.az xəbər verir ki, gələcəkdə Çempionlar Liqasının oyunları Amerika Birləşmiş Ştatlarında keçirilə bilər.
Bu barədə UEFA prezidenti Aleksander Çeferin açıqlamasında bildirib.
“Futbol ABŞ-də çox populyardır. Ora gələcək üçün önəmli bazardır. Avropada insanlar Milli Basketbol Liqasını izlədikləri kimi, onlar da Avropa futbolunu sevirlər. AVRO-2020 oyunları orada basketbol finallarından daha çox izlənmişdi. Bu, məni şok etmişdi. Çempionlar Liqası oyunlarının ABŞ-də olması ehtimalı var. Bununla bağlı müzakirələrə başlamışıq. Bu il final matçı İstanbulda, sonra Londonda, ardınca da Münhendə olacaq. Bunlardan sonra nə baş verəcəyini görəcəyik”, – deyə sloveniyalı funksioner vurğulayıb.