Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Atatürk küçəsindən keçən arxda daşma baş verib.
Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik Şöbəsinin təmizlik işçiləri bu gün səhər saatlarında sözügedən küçəyə cəlb olunublar.
Rayonun bəzi məsuliyyətsiz sakinlər tərəfindən arxa atılan şüşə, plastik butulkalar və məişət tullantıları təmizlənərək, arxın axını tənzimlənib.
Qeyd edək ki, təmizlik işləri gündəlik olaraq rayonun prospekt və küçələrində aparılır.Rayonun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.