08 Sentyabr 2024 04:52

Rusiya Donetski atəşə tutdu

“Azadsöz.az”  Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiya ordusu aprelin 22-də Ukraynanın Donetsk vilayətini atəşə tutub.

Bunu Donetsk Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

O qeyd edib ki, hadisə nəticəsində 1 qadın ölüb, 1 uşaq isə yaralanıb. Həmçinin 3 fərdi evə ziyan dəyib.