27 İyul 2024 03:48

Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edildi-FOTO

Azadsöz.az xəbər verir ki, 19 aprel 2023-cü il tarixində Milli Məclisin deputatı Məzahir Əfəndiyev, ərazi üzrə din xadimləri və dini icma nümayəndələri ilə iftar süfrəsi ətrafında bir araya gələrək “Heydər Əliyev və dini-mənəvi” dəyərlər mövzusunda görüş keçirib.

Görüşdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay rayonu üzrə şöbəsinin məsləhətçisi Əzim Rəfiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova da iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycanın hər zaman İslam dünyasının tarixi və mədəni mərkəzlərindən biri olduğunu vurğulayaraq, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizin digər din və mədəniyyətlərə də qucaq açdığını, əksər ölkələrdən fərqli sivilizasiya formalaşdırdığını diqqətə çatdırdı.

Bu istiqamətdə qəbul olunan “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikasının Qanunu xüsusi qeyd edildi. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin dövlət siyasətində dini-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan da söhbət açıldı.

Görüş müqəddəs kitabımız Qurani-Kərimdən ayələr səsləndirilməsi ilə davam edib.

Açıklama yok.

Açıklama yok.