Azadsöz.az xəbər verir ki, 19 aprel 2023-cü il tarixində Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında kənd təsərrüfatının, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin və Mərkəzin birgə təşkilatçılığı ilə su problemlərinin həlli istiqamətində görüş keçirilib.
Görüşdə Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Elçin İsmayılov və mərkəzin əməkdaşları, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Orxan Mahmudov və kənd təsərrüfatının nümayəndləri iştirak ediblər.
Tədbirdə Elçin İsmayılov , Orxan Mahmudov və digərləri çıxış edərək regionların sosial-iqitisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrlə əlaqədar rayonda görülmüş işlərə toxunublar. Aqrar sahənin inkişafı istiqamətində fermer və sahibkarlara göstərilən yüksək dövlət qayğısının olduğunu diqqətə çatdırıblar.
Görüşdə mövsümlə əlaqədar olaraq əkin sahələrinin vaxtında və normal suvarılması üçün rayonda görülən və görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb. Suvarma suyunda növbəlilik qrafikinə uyğun suvarmanın aparılması, sudan səmərəli istifadə olunması və qarşıya çıxa biləcək çətinliklərin vaxtında həll olunması məsələləri müzakirə olunub.