Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyəti və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Göyçay Gənclər evində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş həvəskar və gənc rəqqasların iştirakı ilə “Rəqs müsabiqəsi” keçirildi.
Müsabiqədə xalq rəqsləri nümayiş etdirildi. Azərbaycan milli xalq rəqsləri tariximizdə ayrılmaz sürətdə bağlı olub, onun milli xüsusiyyətləri tam olaraq nümayiş etdirərək tariximiz boyu qorunub saxlanılıbdır.
Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunun nümunəsidir. 2 gün davam edəcək tədbirdə müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən mükafatlandırılacaqlar.