08 Sentyabr 2024 04:36

Vətəndaş məsuliyyətsizliyinin qarşısı alındı-SON DƏQİQƏ (FOTO)

Azadsöz.az xəbər verir ki, Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik  Şöbəsinin  təmizlik  işçiləri ötən gün  gecə  saatlarında  rayon daxilində  təmizlik  işləri  aparan  zaman  xoşagəlməz mənzərə ilə  rastlaşıblar.

Belə  ki, rayonun Nizami  küçəsində  təmizlik  işçiləri  təmizlik maşınına məişət tullantıları  yığılan  konteyneri boşaldan zaman digər  konteynerin yandığının   şahid olublar. Dərhal  əl əməyindən istifadə  olunaraq  yanğın söndürülüb və   konteynerin sıradan  çıxmasının  qarşısı  alınıb. 

Məişət tullantılarının yığılması üçün nəzərdə tutulan  konteynerlərə  qənim  kəsilən  rayonun bu  cür  qəhrəmanlarına  bildirmək  istəyirik  ki, yandırdığınız  həmin  konteynerlər  dəmirdən  deyil  sizin  qəhrəmanlığınıza tab gətirsin.Unutmayın ki, sizin  gördüyünüz  bu  əməlləri  çəkmək  Sanitar-Təmizlik  şöbəsinin  vəzifə  borcu  deyil.Onların   səlahiyyətlərinə  rayonu məişət tullantılarından  gündəlik  təmizləmək daxildir.