Azadsöz.az xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov yeni inzibati ərazi dairəsi üzrə nümayəndə təyinatları ilə bağlı Sərəncam imzalayıb.
Rayon rəhbərinin sərəncamı ilə Əmrah Kamal oğlu Mazanov Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Ağadadaş Qənbər oğlu Qənbərov Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Sinan Şöləddin oğlu Abbaslı Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Paşa Ramiz oğlu İbadov İkinci Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələrinə təyin olunublar.