18 May 2024 18:38

Azərbaycanda “təkərli ev”lər istehsal ediləcək 

Azadsöz.az xəbər verir ki, Azərbaycanda karavanlar (“Təkərli ev”lər) istehsal ediləcək.

Turizm şirkətinin rəhbəri Nəzər Quliyevin sözlərinə görə, karavan turizminin inkişafı üçün xüsusi yerlərin yaradılması vacibdir.

“Avropa və Rusiyada bu istirahət növü çoxdan inkişaf edib. Azərbaycanda karavanların bir günlük icarə qiyməti 150-250 manat arasıdır”.

Almaniya və Polşada karavan istehsal edən şirkətin direktoru Rəşad Quliyevin sözlərinə görə, bir neçə aydan sonra Azərbaycanda da karavanların istehsalına başlayacaqlar.