13 Oktyabr 2024 17:47

Təmizlik işçiləri tutulan bərəni açdı

Azadsöz.az xəbər verir ki,  bu gün  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik  Şöbəsi  rayonun Əli  Kərim küçəsində yaranmış  problemi  aradan  qaldırıb.

Belə ki,  küçədən  keçən bərəyə bəzi  məsuliyyyətsiz  vətəndaşlarımız  tərəfindən  atılan   şüşə və plastik   butulkaları bununla yanaşı  məişət tullantılarını   təmizlik  işçiləri  təmizləyərək  tutulan  bərənin axınını  tənzimləyiblər.
 
Qeyd  edək ki,  təmizlik işləri  gündəlik  olaraq  rayonun  prospekt  və  küçələrində  aparılır.Rayonun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.

 

 

 

grandpashabet alefbahis istanbul travesti