19 Sentyabr 2024 06:13

Natiq Ağayev Qızılağac kəndində səyyar qəbul KEÇİRDİ-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, 13 aprel  2023-cü il tarixdə Göyçay rayon İcra  Hakimiyyətinin  başçısı Natiq  Ağayev Qızılağac   kənd inzibati ərazi  dairəsi üzrə  nümayəndəliyinin inzibati  binasında vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri çıxış edərək  Qızılağac  kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən,  görülən və həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.

Daha sonra Qızılağac  kənd inzibati ərazi  dairəsi üzrə  nümayəndəsi  Rövşən Mikayılov çıxış edərək  kənd haqqında icra başçısına, görüş iştirakçılarına ətraflı məlumat  verib.

Görüşdə kənd sakinləri  şirə arxlarının qazılması, internet  xətti, kənd  yoluna  asfalt örtüyünün döşənməsi, modul tipli məktəbin tikilməsi və  digər  məsələlərlə  bağlı  rəy və təkliflərini veriblər.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com