08 Sentyabr 2024 04:57

DAİM-də ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirilib-FOTO

Azadsöz.az xəbər verir ki,  12  aprel  2023-cü il tarixində Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati  binasında  Kənd Təsərrüfatı Nazirliyinin,  Ekologiya və təbii sərvətlər  Nazirliyinin  və  Fövqəladə Hallar Nazirliyinin birgə  təşkilatçılığı  ilə  ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və  kollektivi, Göyçay rayon İcra Hakimiyyətinin  Başçının birinci müavini İkram  Vəliyev, rayonun kənd inzibati ərazi dairələri üzrə  bələdiyyə  üzvləri,  Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Elçin İsmayılov və  mərkəzin 
əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, fermerlər və kombaynçılar iştirak ediblər.

Tədbirdə  çıxış edənlər Azərbaycanda  ətraf mühitin mühafizəsi və ekoloji problemlərin daim diqqət mərkəzində  olduğu diqqətə çatdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görüldüyü  vurğulanıb.Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılması  istiqamətində   dövlət  proqramlarının  uğurla  icra  olunduğu  qeyd  olunub.

Bununla  yanaşı  görüş  iştirakçılarına  yanğın təhlükəsizliyi normalarının  və  qaydalarının tələblərinə  riayət olunmasının və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsinin, eyni zamanda  yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti orqanların göstərişlərinin və digər qanuni tələblərinin yerinə yetirilməsinin vacibliyi  qeyd  edilib.Görüşdə  fermerlərə  ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğu  qeyd  edilib.  

Belə ki, yanğınların nəinki əkinə yararlı torpaqlara, həmçinin meşə sahələrinə, əhalinin yaşadığı ərazilərə də ciddi zərər vurma ehtimalının olduğu bildirilib.Bu kimi halların qarşısının alınması üçün ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi  istiqamətində fermerlərə əkin və  taxıl biçimi  zamanı  sahələrə  od vurulmaması,  məhsuldarlığın artması  və təhlükəsizliyin təmini məqsədilə müvafiq aqrotexniki tədbirlərin keçirilməsinin vacibliyi  göstərilib. Görüşdə qarşıdan  gələn taxıl biçininə hazırlıqla bağlı fermerlərlə   görüşlərin  mütamadi olaraq  keçirilməsi diqqətə çatdırılıb.