Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin tapşırıq və göstərişinə əsasən, rayonun N.Nərimanov küçəsindəki bağda (keçmiş Sabir bağı adlanan ərazi) növbəti işlər görülüb.
Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir Şöbəsi tərəfindən bağda yaşıllıq üçün ayrılmış əraziyə qazon örtüyü döşənib. Bununla yanaşı sakinlərin istirahəti üçün bağa qoyulmuş daş oturacaqların aqlay daşları və üzərinə vurulmuş taxta üzlüklər dəyişilərək yenisi əvəz olunur.
Qeyd edək ki, tezliklə bağ yeni görkəmdə rayon sakinlərinin ixtiyarına veriləcək.