19 Sentyabr 2024 05:20

Nazir vəzifəsinin icrası Sarvan Cəfərova həvalə edildi

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.

Bu barədə Prezident İlham Əliyevin müvafiq Sərəncamında bildirilib.

Qeyd edək ki, S.Cəfərov 2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi, 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib. 2020-ci ilin mart ayından Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb. Həmin ilin iyul ayında isə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com