19 Sentyabr 2024 05:19

Xüsusi texnika və işçi qüvvəsi BAKI KÜÇƏSİNDƏ -FOTOLAR

Azadsöz.az xəbər verir ki, Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik İdarəsinin  təmizlik  işçiləri  gündəlik  qrafikə  uyğun olaraq  apardıqları  təmizlik  işlərini  növbəti   dəfə   rayonun  Bakı  küçəsində  aparıb.

Qeyd  olunan  küçəyə  xüsusi  texnika  cəlb olunaraq  toplanan  qurumuş  xəzəl yarpaqları, məişət tullantıları, daş və digər tullantı parçaları, plastik qablar, polietilen torbalar  təmizlik  maşınına yığılaraq  ərazidən  daşınıb.

Bununla  yanaşı dəfələrlə  media   və  sosial  şəbəkələr  vasitəsilə  çağrış  etməyimizə  baxmayaraq  rayonun  təmizliyinə  xələl  gətirən  bəzi  vətəndaşlarımız  tərəfindən  atılan  dam örtükləri   küçədən   götürülüb.Görülən  işlər  çərçivəsində  texnikanın  köməkliyi  ilə  küçədən  keçən  arx  lil və çöküntülərdən və digər  tullantılardan  təmizlənib.

Bildirək ki, ekoloji tarazlığın qorunması, eyni zamanda  təbiətə qayğı hissinin güclənməsi baxımından  Sanitar-Təmizlik  İdarəsi tərəfindən  təmizlik  işləri gündəlik olaraq aparılır.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com