Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətinə aid olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsində 30 mart 2023-cü il tarixdə saat 15:00-da torpaq müsabiqə və hərrac komissiyasının növbəti iclası keçiriləcək.
Müsabiqəyə rayonun Qarabaqqal bələdiyyəsinin mülkiyyətinə aid həyətyanı məqsədilə satılması nəzərdə tutulan 400 kv.m, Göyçay bələdiyyəsinin mülkiyyətinə aid həyətyanı məqsədilə satılması nəzərdə tutulan 323 kv.m və 62 kv.m torpaq sahələri çıxarılacaq.
Ünvan: Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsi, Ucar şəhəri, H.Əliyev prospekti 28;
Tel: (020) 213 01 13.