28 Noyabr 2024 01:47

Şəhid Rüstəm Məmmədovun ikinci ildönümü qeyd edildi

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan əslən Göyçay rayonundan olan Rüstəm İbrahim oğlu Məmmədovun  ikinci  ildönümü  Mingəçevir Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olundu.

Mərasimdə Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini  İkram Vəliyev, Mingəçevir şəhər İcra Hakimiyyəti və Göyçay rayon İcra Hakimiyyəti  başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin nümayəndələri və göyçaylı şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, məktəblilər, ictimaiyyət nümayəndləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Mərasimdə Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini  İkram Vəliyev  çıxış  edərək  şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna, Rüstəm  kimi  şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu bildirib.  Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər,  zabitləri, Vətən uğrunda canından keçən qəhrəman  şəhidləri  və qazilərimizlə fəxr etdiyini  və qürur duyduğunu  diqqətə  çatdırıb.Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyulduğunu  bildirən İ.Vəliyev şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim mənəvi borcumuz  olduğunu  vurğulayıb.

Daha  sonra digər  natiqlər  çıxış  edərək  Rüstəm Məmmədovun qısa və şərəfli həyat yolundan danışıblar.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Rüstəm Məmmədov 10.08.1998-ci il Göyçay rayonunda  anadan olub.Həqiqi hərbi xidmətini bitirdikdən sonra MAXE kimi, qulluğa başlayıb.29 sentyabr  2020-ci il tarixdə Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. 

Prezident İlham  Əliyevin   sərəncamına  əsasən, Rüstəm Məmmədov  ölümündən  sonra  “Vətən uğrunda”,“Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı  və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

 

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul