Azadsöz.az xəbər verir ki, 10 mart 2023-cü il tarixdə saat 10:00-dan 18:00-dək Göyçay şəhəri, Potu, Ulaşlı Şıxlı və Kürd kəndlərinin təbii qaz təminatında fasilə yaranacaq.
Qeyd edək ki, fasilənin yaranmasına səbəb təbii qaz xəttində baş vermiş sızmalarla əlaqədardır.
Bildirək ki, Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidmət Sahəsi tərəfindən sızmanın aradan qaldırılması istiqamətində işlərin aparılması nəzərdə tutulub.