07 May 2024 14:48

Fərqliliyimiz Uğurumuzdur

DAİM-də “Heydər Əliyev və aqrar siyasət” mövzusunda təbdir keçirilib-FOTO

Azadsöz.az xəbər verir ki, 01 mart 2023-cü il tarixində Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və aqrar siyasət” mövzusunda keçirilən təbdirdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Göyçay və Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, fermerlər iştirak edib.

Görüş Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Sonra Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək Azərbaycanda kənd təsərrüfatı sisteminin inkişaf tarixindən söz açmış və Ulu Öndərin əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını Azərbaycanda tətbiqinə nail olduğunu qeyd edib. Məhz ümummilli liderin səyi nəticəsində Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edib və bu sahədə, sözün əsl mənasında, dönüş yaranıb.

M.Əfəndiyev bu gün uğurla həyata keçirilən kənd təsərrüfatı layihələri Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə və uğurla davam etdiyi, həmçinin aqrar sahənin inkişafına böyük diqqət yetirildiyini qeyd edib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən, Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, o cümlədən aqrar sahənin şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər.

Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirib.